AZ

Milan ekvadorlu müdafiəçi ilə vidalaşmaq istəyir

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Milan" yay "transfer pəncərəsi"ndə müdafiəçi Pervis Estupinyanı satmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.

"Qırmızı-qaralar" ekvadorlu futbolçunun oyunundan narazıdır. Klub artıq qarşıdakı transfer dönəmində onunla vidalaşmağa razıdır.

Estupinya "Milan"a ötən ilin yayında "Brayton"dan transfer olunub. Bu transfer İtaliya klubunu təxminən 19 milyon avroya başa gəlib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. 

Müdafiəçi bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 19 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
sport24.az

1Mənbələr