AZ

Klub prezidenti azarkeşləri qınadı

style='margin-bottom:10px;'>

"Komo" klubunun prezidenti Mirvan Suvarso azarkeşləri qınayıb.

QOL.az xəbər verir ki, o, "İnter"ə 3:4 hesablı məğlubiyyətdən sonra azarkeşlərin davranışını tənqid edib.

Klub rəsmisi komandanın oyunundan razı qaldığını bildirsə də, bəzi fanatların rəqib nümayəndələrinə qarşı münasibətini qəbuledilməz adlandırıb və qarşılıqlı hörmətin vacibliyini vurğulayıb:

"Yekun nəticəyə baxmayaraq komandamızla qürur duyuram. Futbolçular meydanda ləyaqətlə mübarizə apardılar. Lakin bu qürur hissi bəzi fanatların rəqib azarkeşlərə qarşı davranışından doğan məyusluğumu kölgədə qoya bilməz. Başa düşürəm, futbol güclü emosiyalar yaradır, amma biz kim olduğumuzu unutmamalıyıq".

Qeyd edək ki, "Komo" hazırda 5-ci, "İnter" isə turnir cədvəlinin lideridir.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr