AZ

Çin ABŞ ni İranda saxlayır ? Sensasion İDDİA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ ilə İran arasında keçirilən görüşlərin həm uğursuz, həm də uğurlu alınma ehtimalı var idi. ABŞ-İran rəsmiləri ilə keçirilən görüşün konkret nəticələrlə yekunlaşması üçün müəyyən şanslar mövcud olsa da, görünən odur ki, böyük güclər asanlıqla uzlaşmaq niyyətində deyillər".

Bunu Redaktor.az-a politoloq Əli Mustafa İslamabaddakı ABŞ-İran danışıqları barədə fikirlərini bölüşərkən bildirdi.

Onun sözlərinə görə, hazırkı qarşıdurmada ABŞ və İran şərti olaraq tərəf kimi görünsə də, İranın arxasında kifayət qədər ciddi qüvvələrin dayandığı məlumdur:

"Məsələ təkcə İranın nüvə proqramı və ya Hörmüz boğazı ilə məhdudlaşmır, bu, əslində yeni dünya düzəninin qurulması uğrunda gedən bir savaşdır. Dünyanın yenidən bölüşdürülməsi və fərqli prinsiplər əsasında dizayn edilməsi məhz bu münaqişələr vasitəsilə reallaşır".

Siyasi şərhçi vurğuladı ki, müəyyən bir anlaşma ehtimalı olsa da, müharibənin davam etmə riski hələ də yüksəkdir:

"Hazırda atəşkəs rejimi qüvvədə olsa və bu rejim qorunmalı olsa da, tərəflərin qarşılıqlı hədələri və vaxtaşırı baş verən pozuntular gərginliyi saxlayır. Dünyanın yenidən formatlanması məntiqi ilə yanaşsaq, bu görüşlərin ciddi nəticə verməyəcəyini demək olar. Çünki hər iki tərəf aktiv hazırlıq mərhələsindədir. Əgər İran geri çəkilmək niyyətində olsaydı, nüvə və Hörmüz məsələlərində güzəştə gedərdi. Bu, İranın və ya onun arxasındakı güclərin prosesin davam etməsində maraqlı olduğunu göstərir".

Politoloqun fikrincə, Çin Amerikanı özü üçün əsas rəqib hesab edir və gec-tez onunla birbaşa qarşıdurmaya girəcəyini bilir:

"Görünür, Çin hələlik ABŞ-nin diqqətini və resurslarını İranda saxlamaqla onu zəiflətmək strategiyasını seçib. Digər tərəfdən, Amerikanın ənənəvi müttəfiqlərinin bu savaşa qoşulmaqdan imtina etməsi diqqət çəkir. Trampın blokada təklifinə Britaniya və Avstraliya kimi ölkələrin dəstək verməməsi, ABŞ və İsrailin bu məsələdə təkləndiyini göstərir. Mövcud atəşkəsin nə qədər davam edəcəyi qeyri-müəyyən olsa da, bu qarşıdurmanın yaxın gələcəkdə yenidən alovlanacağı ehtimalı olduqca böyükdür".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
redaktor.az

2Mənbələr