ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Neft tədarükü təxminən 40 milyon bareldən 20 milyon barelə düşə bilər
Səudiyyə Ərəbistanının Çinə neft tədarükü may ayında təxminən yarıya qədər azalaraq apreldəki təxminən 40 milyon bareldən 20 milyon barelə düşə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, eniş İranla bağlı münaqişə və Hörmüz boğazının bağlanması fonunda “Saudi Aramco” şirkətinin ixrac qiymətlərini rekord səviyyəyə qaldırmaq qərarından sonra qiymətlərin kəskin artması ilə əlaqədardır.
Qeyd olunub ki, bəzi təchizat növləri Qırmızı dəniz sahilindəki Yanbu limanı vasitəsilə yenidən yönləndirilir. Lakin onun tutumu əvvəlki ixrac həcmlərini kompensasiya etmək üçün kifayət deyil.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.