Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Biz NATO-ya, əslində Rusiyadan müdafiə olunmalarına kömək etmək üçün trilyonlarla dollar xərcləmişik”
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansını (NATO) tənqid edərək, ABŞ-ın Rusiyadan müdafiə olunmaq üçün NATO-ya pul xərcləməsinin ağlabatan olmadığını bildirib.
AYNA.AZ xəbər verir ki, Tramp Vaşinqtonda jurnalistlərə bildirib: "Biz NATO-ya, əslində Rusiyadan müdafiə olunmalarına kömək etmək üçün trilyonlarla dollar xərcləmişik. Mən uzun müddətdir ki, bunu bir az gülünc hesab edirəm, amma biz buna trilyonlarla dollar xərcləmişik. Düşünürəm ki, bu məsələ çox ciddi şəkildə araşdırılacaq".
Tramp xatırladıb ki, onun fikrincə, NATO İranla bağlı vəziyyətdə ABŞ-a kömək etməyib: "NATO-dan çox məyus oldum. Onlar bizi dəstəkləmədilər. Biz pul ödəyirik, onlar isə bizi dəstəkləmədilər".
“İndi onlar gəlməyə hazırdırlar, amma artıq real təhlükə yoxdur", - ABŞ lideri əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.