Məlum olduğu kimi, İslamabadda ABŞ və İran arasında uzun saatlar davam edən danışıqlar son dərəcə gərgin atmosferdə keçərək nəticəsiz başa çatıb. Hətta iddialara görə, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında mübahisə o həddə çatıb ki, tərəflər az qala əlbəyaxa qarşıdurmaya girsin.
Bütün bunların fonunda ABŞ prezidenti Donald Tramp artıq daha sərt ritorika ilə çıxış edərək “hücuma keçirik, başlayırıq” mesajını verib.
Bəs İslamabad danışıqları niyə iflasa uğradı, niyə nəticə əldə olunmadı?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com