AZ

“O, daim yalan danışır və özündə deyil...” Keçmiş MKİ şefindən Trampa ağır ittihamlar

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Onun MAGA (Amerikanı Yenidən Böyük Et) tərəfdarları bəhanələr gətirməyə və onun hərəkətlərinə görə üzr istəməyə davam edirlər. Lakin onun hərəkətləri o qədər narahatedicidir ki, Konstitusiyaya 25-ci düzəlişin açıq-aydın ağlı başında olmayan bu adam üçün yazıldığına inanrırsan”.

“AzPolitika” xəbər verir ki, bunu Barak Obamanın ikinci prezidentliyi müddətində Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuş Con Brennan Donald Trampı nəzərdə tutaraq deyib.

Brennan “MS NOW” televiziya kanalındakı çıxışında “özündə olmayan” Trampın vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 25-ci dəyişiklik Prezidentin istefası, ölümü, xəstəliyi və ya müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halında prezidentliyin varisliyi qaydasını nəzərdə tutur. Bu, vitse-prezidentin və Nazirlər Kabineti rəsmilərinin əksəriyyətinin prezidenti "əmək qabiliyyətini itirmiş" elan edə biləcəyi proseduru müəyyən edir. Lakin bunun üçün Konqresin hər iki palatasının üçdə ikisinin səsi tələb olunur.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun sözlərinə görə, Trampın İranla müharibə ilə bağlı açıqlamaları absurd olub və "qəsdən faktları təhrif edib": "O, bu məsələlərdə daim yalan danışır və bu yalanlardan saysız-hesabsız insanlara əzab verənlərin, xaos yaradanların sifarişini yerinə yetirmək üçün bəhanə kimi istifadə edir".

Bunu deyərkən, Brennanın İsraili və Benyamin Netanyahunu nəzərdə tutduğu ehtimal olunur.

Bu arada “Axios” nəşri öz mənbələrinə istinadla yazıb ki, bundan əvvəl Konqresin Demokrat üzvləri Trampa 25-ci düzəlişə əsasən impiçment elan etmək imkanını araşdırıblar. Bu məsələ ətrafında vəziyyət Trampın “İran sivilizasiyasını məhv etmək” hədəsindən sonra gərginləşib. Lakin “Axios”-un qeyd etdiyi kimi, Demokrat Partiyası Konqresdə Respublikaçıların çoxluğuna görə Trampı impiçment edə bilməz.

Tramp özü isə dəfələrlə deyib ki, tamamilə sağlamdır və “fast food” yeməsəydi, 200 ilə qədər yaşaya bilərdi…

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
azpolitika.info

1Mənbələr