Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bəzən musiqi sadəcə dinlənilmir - yaşanır. Bəzən isə bir sənətçi təkcə ifaçı olmur, bütöv bir dövrə çevrilir. Azərbaycan estradasında bu statusu qazanan nadir adlardan biri də Aygün Kazımovadır. Xalq artistinin bu günlərdə işıq üzü görən “Best of Aygun 40” albomunun ikinci hissəsi şou-biznesdə əsl hadisəyə çevrilməyi bacardır. Çünki bu, bir musiqi toplusu deyil – bu, 40 ilin yaddaşı, emosiyası və tarixidir. Bir ifaçının 40 illik yaradıcılığında müxtəlif illərdə hitə çevrilən əsərlərdir.
“Best of Aygun 40” albomu bu böyük yolun ən parlaq dayanacaqlarını bir araya gətirir. Burada təkcə hit mahnılar yox, həm də bir nəsli böyüdən melodiyalar var. Bu albomu dinlədikcə insan sanki zaman maşınına minir – uşaqlıq xatirələrindən tutmuş bu günə qədər uzanan bir musiqi səyahətinə çıxır.
Axşam.az albomda yer alan ən yaşlı mahnıların tarixini təqdim edir.
Müğənni Samirə Əfəndinin oxuduğu "Ey mənim dünyam" mahnısını Kazımova ilk dəfə 1989-cu ildə oxuyub. Mahnının 37 yaşı var.
Aysel Teymurzadənin seçimi olan "Mən aydan gəlmişəm" mahnısı 2003-cü ildə işıq üzü görüb. Bu gün həmin bəstə 23 yaşındadır.
Pop kraliçanın Eldar Qasımovun seçdiyi "Kölgə ol" mahnısı 2008-ci ildə təqdim edilib. Bəstə 18 yaşındadır.
Kazımovanın 2004-cü ildə oxuduğu və hazırda 22 yaşı olan "Aşiqəm sənə" mahnısını Günel Zeynalova səsləndirib.
İlqarə Kazımovanın seçimi olan və Novruz bayramının himninə çevrilən "Novruz gəlir" bəstəsi 1989-cu ildə oxunub və hazırda 37 yaşı var.
Müğənninin 2001-ci ildə səsləndirdiyi "Yar-yar" mahnısını Nuran ifa edib. Mahnı hazırda 25 yaşındadır.

Nadir Qafarzadənin seçimi olan "Bizim qızlar" mahnısı 1997-ci ilə aiddir. Mahnının hazırda 29 yaşı var.
Safurə Əliyevanın oxuduğu "Bu sevgi" mahnısı 1989-cu ildə yazılıb. Kazımova bəstəni ilk dəfə Yurmalada festivalda oxuyub. Aygün Kazımovaya yazılan bəstəni daha sonra mərhum aktrisa Firəngiz Rəhimbəyova səsləndirib.
Aygün Kazımovanın İradə İbrahimovanın seçimi olan "Hara getsən apar məni" mahnısı 1996-cı ildə yayımlanıb.
Divanın 2000-ci ildə təqdim etdiyi səs-küylü "Mən sevirəm səhərə qədər" mahnısını Samir Bağırov 26 il sonra oxuyub.
1999-cu ilin ən məşhur hiti olan "Tənha qadın"ı Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar ProMete ilə duet şəklində təqdim ediblər. Cavanşir Quliyevin bəstələdiyi mahnını Kazımova zamanında reper Mono ilə duet oxuyub.
Çingiz Mustafayevin seçdiyi "Namə yaz göndər" mahnısı isə A. Kazımova tərəfindən 16 il bundan əvvəl təqdim edilib.

Lətifənin seçdiyi "Ya devuşka vostoçnaya" mahnısı isə bu il 26 yaşındadır. Kazımova bəstəni 2000-ci ildə oxuyub.
Çinarə Məlikzadınin seçdiyi "Gecələr keçir" mahnısı isə 1998-ci ilə aiddir.
Ceyhun Əliyevin seçdiyi "Səni tapdım" mahnısını müğənni ilk dəfə 2008-ci ildə ifa edib.
Pop kraliçanın 2004-cü ildə oxuduğu "Əcəb yaraşırıq" mahnısını Mehin Hümbətova oxuyub.

Nəsimi Məmmədovun oxuduğu "Sənsizliyim" mahnsını Diva 1999-cu ildə sevənlərinin ixtiyarına verib. Mahnı "Qoy, işığı söndürüm" adı ilə daha çox məşhurlaşıb.
2004-cü ildə işıq üzü görən "İndi sənsiz" mahnısı Nadir Rüstəmli tərəfindən ifa edilib.
Aysel Əlizadənin səsləndirdiyi "Dildarım" mahnısı isə 25 yaşındadır. Mahnının müəllifi mərhum ifaçı Rəhim Rəhimlidir.
2000-ci ildə təqdim edilən "Matros" mahnısını Nərgiz səsləndirib. Mahnı 2000-ci ildə işıq üzü görən "Aygün" albomunda yer alırdı.

Ölkənin əsas ulduzunun məşhur illərdir hit olan "Qızım" mahnısının isə 27 yaşı var. Bəstəni layihə üçün Leyla Rəhimova oxuyub.
Aygün Kazımovanın "Olmuşam, varam" mahnısı bu il 25 yaşındadır. Mahnını albomda Tomris ifa edib.
Beləcə, mahnıların bir çoxu onu ifa edənlərin yaşından da yaşlıdır. Bu rəqəm quru statistika kimi səslənsə də, əslində minlərlə səhnə, yüzlərlə hit və milyonlarla dinləyicinin sevgisi deməkdir. Aygün Kazımova bu illər ərzində dəyişən musiqi trendlərinə uyğunlaşmaqla kifayətlənmədi, onları özü formalaşdırdı. Onun mahnılarını digər ifaçılara oxumaq üçün həvalə etməsi isə tam fərqli bir cəsarətdir. Bu onun gənclərə dəstəyinin bir göstəricisi olub.

Aygünün fenomeni ondadır ki, o, heç vaxt yalnız öz dövrünün ulduzu olmayıb. O, hər yeni nəsil üçün yenidən doğulmağı bacaran sənətkardır. Bu albom da bunun ən bariz sübutudur: köhnə hitlər yeni nəfəs qazanır, köhnə duyğular yenidən canlanır.
Əslində “Best of Aygun 40” bir yekun deyil. Əksinə, bu, davam edən əfsanənin növbəti mərhələsidir. Çünki bəzi sənətkarlar var ki, onların yaradıcılığı zamanla ölçülmür. Onlar zamanın özünü müəyyən edir. Və Aygün Kazımova məhz onlardan biridir.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.