AZ

Əgər Arsenal a uduzsaq, hər şey bizim üçün bitəcək Qvardiola

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola London "Arsenal"ı ilə çempionluq yarışından danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Qvardiola deyib: “49 oyundan üçündə uduzmuş və Çempionlar Liqasında məğlub olmayan bir komanda ilə oynayacağıq. "Arsenal"a hörmət edirəm; son illərdə çox şeyə nail olublar. Məşqçini və oyunçuları, onların səviyyəsini tanıyıram. Onlar istənilən vəziyyətdə rəqabət apara bilərlər. Hazırda onlar İngiltərənin və Avropanın ən yaxşı komandasıdır.

Qarşıdakı oyun çox vacibdir, çünki rəqibimizdən altı xal geri qalırıq. Uduzsaq, hər şey bitdi. Hətta heç-heçə belə yetərli deyil. Hazırlaşmalı və sakit qalmalıyıq".

"Mançester Siti" və "Arsenal" arasında İngiltərə Premyer Liqası oyunu  aprelin 19-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
40
lent.az

10Mənbələr