AZ

Martda OPEC in gündəlik neft hasilatı 7,8 milyon barel azalıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

Martda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 7 milyon 878 min barel azalaraq gündəlik 20 milyon 788 min barelə çatıb. Bu, hasilat göstəricisində 1980-ci ildən bəri ən sərt geriləmədir.

AZƏRTAC aylıq OPEC-in hesabatına istinadla xəbər verir ki, təşkilat üzrə ötən ay neft hasilatında ən böyük azalma İraq və Səudiyyə Ərəbistanında baş verib. İraqda hasilat 2 milyon 563 min barel azalaraq sutkada 1 milyon 625 min barel, Səudiyyə Ərəbistanında isə 2 milyon 314 min barel geriləyərək gündəlik 7 milyon 799 min barelə düşüb. Birləşmiş Ərəb Əmirliklərində hasilat 1 milyon 527 min barel azalaraq gündəlik 1 milyon 892 min barelə enib. Küveytdə neft istehsalı 1 milyon 369 min barel azalaraq sutkada 1 milyon 213 min barelə, İranda isə 182 min barel azalaraq gündəlik 3 milyon 60 min barel olub.

Hesabat ayında Venesuela və Nigeriyada neft istehsalı artıb. Belə ki, Venesuelanın hasilatı 79 min barel artaraq gündəlik 988 min barelə, Nigeriyanın istehsalı isə 22 min barel çoxalaraq sutkada 1 milyon 463 min barel təşkil edib.

Keçən ay OPEC və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun xam neft hasilatı əvvəlki ayla müqayisədə 7 milyon 702 min barel azalaraq gündəlik 35 milyon 55 min barel olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
3
azertag.az

4Mənbələr