ain.az bildirir, Azertag portalına istinadən.
Yevlax, 13 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Yevlaxda qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Səhiyyə Nazirliyi "Respublika Qan Bankı" publik hüquqi şəxsi və Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən keçirilən aksiyada idarə və müəssisələrin kollektivləri və gənclər iştirak ediblər.
Tibbi heyət tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, qanvermə prosesi təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib. Aksiyada 100-ə yaxın rayon sakini könüllü iştirak edərək qan verib. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Müxbir – Tahir Ağaməmmədov




Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.