AZ

“Onu təbrik etmək niyyətində deyilik”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidentinin rəsmi sözçüsü Dmitri Peskov Kremlin Peter Madyarı Macarıstanda baş tutan parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik etmək niyyətində olmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı rusiyalı jurnalist Aleksandr Yunaşev öz teleqram kanalında açıqlayıb.

Peskov qeyd edib ki, Rusiya qeyri-dost hesab etdiyi ölkələrə təbrik ünvanlamır və Macarıstan da Rusiyaya qarşı sanksiyalara dəstək verdiyinə görə həmin ölkələrin siyahısına aiddir. 

Macarıstanın hazırkı Baş naziri Viktor Orbanla münasibətlərin xarakterinə dair suala cavab olaraq isə Peskov bildirib ki, əvvəllər tərəflər arasında dialoq mövcud olub. 

Xatırladaq ki, Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası aprelin 12-si Macarıstanda keçirilən parlament seçkilərində qalib gəlib. O, Baş nazir postunda V.Orbanı əvəz edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
49
qafqazinfo.az

10Mənbələr