Məşhur argentinalı futbolçu Xesus David Emiliano Endritsa təyyarədə bomba olması ilə bağlı zarafat etdiyi üçün uçuşuna icazə verilməyib.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Hadisə San Salvador de Jujuydan Buenos Ayresə uçan “Flybondi” təyyarəsində baş verib.
Təyyarədə “Aqropekuario” ilə qarşılaşmaya gedən “Ximnasia Esqrima de Jujuy” komandasının futbolçuları da olub.
Havaya qalxmazdan əvvəl 32 yaşlı Xesus “Bomba!” deyə qışqıraraq təyyarədə çaxnaşmaya səbəb olub. Zarafata baxmayaraq, hava limanının işçiləri bütün sərnişinləri təyyarədən təxliyə etməyə və qaydalara uyğun olaraq hərtərəfli axtarış aparmağa məcbur olublar.