AZ

“Pasxa atəşkəsi” müddətində Rusiya 10 min dəfə atəşkəsi pozub – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı

Pasxa atəşkəsi elan edilən müddətdə təcavüzkar ölkənin qoşunları atəşkəsi 10.721 dəfə pozub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 13 apreldə verdiyi məlumata görə, sSon 24 saat ərzində, cəbhədə ümumilikdə 107 döyüş toqquşması qeydə alınıb. Rusiya ordusu nə raket, nə də hava hücumları həyata keçirib, nə də Şahed/Gerbera kamikaze dronları ilə hücum edib. Lakin bir sıra pozuntular qeydə alınıb. O cümlədən:

• Ukrayna qoşunlarının mövqelərinə 1.567 artilleriya hücumu;

• 119 hücum əməliyyatı;

• 9.035 kamikaze dron hücumu (o cümlədən: 2.205 “Italmas”, “Lancet” və “Molniya” hücumu; 6.830 FPV dron hücumu).

//Samir Qurbanov, Editor.az

Seçilən
26
editor.az

1Mənbələr