AZ

BƏƏ uçuş məhdudiyyətlərini yenidən uzadıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri hökuməti ölkənin hava məkanındatətbiq olunan məhdudiyyətləri daha bir həftə müddətinə uzadıb.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

Beləliklə, BƏƏ-nin hava məkanı aprelin 20-ə kimi qismən bağlıqalacaq, ölkənin hava limanlarına və onlardan həyata keçirilənuçuşlar üçün əvvəlki kimi xüsusi müəyyən edilmiş altı dəhlizfəaliyyət göstərəcək.

Xatırladaq ki, BƏƏ hava məkanını fevralın 28-də ABŞ və İsrailinİrana qarşı əməliyyatlara başlamasından sonra qismənbağlamışdı.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Seçilən
27
6
az.trend.az

5Mənbələr