Macarıstanda “Tisa” partiyası ilə seçki birincisi olmuş və hökumət qurmaq səlahiyyəti qazanmış Peter Macar ölkəsinin Avropa İttifaqı xəttinə qayıdacağını və Ukraynaya yardımı dayandırmayacağını bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Aİ-nin Ukraynaya 90 milyard avro ayırmaq qərarının dekabr ayında sammitdə verildiyini, ona görə də bu məsələni yenidən nəzərdən keçirmək üçün heç bir səbəb olmadığını deyib. Macar əlavə edib ki, Macarıstan, Çexiya və Slovakiya həmin vaxt qərarın qəbulunda iştirak etməyiblər.
Siyasətçi həmçinin baş nazir Viktor Orbanı tənqid edərək onun mövqeyini ziddiyyətli adlandırıb: o, əvvəlcə müqaviləni dəstəkləyib, lakin sonradan ona qarşı çıxıb.
Macar həmçinin Macarıstanın 90 milyardlıq kreditə töhfə verə bilməyəcəyini də bildirib və bunu, ölkəsinin çətin maliyyə vəziyyəti ilə əlaqələndirib. O, Budapeştin əvvəlki hökumətin siyasəti səbəbindən dondurulmuş təxminən 17 milyard avroluq Aİ vəsaitlərinin sərbəst buraxılmasına diqqət yetirəcəyini bildirib.
Macarın sözlərinə görə, bu yanaşma Aİ-nin ümumi xəttinə qayıtmaq deməkdir: Ukraynaya yardımı dayandırmamaq, eyni zamanda əlavə öhdəliklər götürməmək.
Musavat.com