AZ

Starmer: Britaniya İran müharibəsinə qoşulmayacaq və Hörmüz boğazı blokadasını dəstəkləmir

London, 13 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, istənilən təzyiqlərə baxmayaraq ölkə İranla müharibəyə cəlb olunmayacaq və Hörmüz boğazının blokadasında iştirak etməyəcək.

AZƏRTAC xəbər verir ki, Baş nazir bunu “BBC Radio 5”-ə açıqlamasında qeyd edib.

O deyib ki, Britaniya blokadanı dəstəkləmir və əsas məqsəd boğazın yenidən tam şəkildə açılmasını təmin etməkdir.

“Fikrimcə, boğazın açılması həyati əhəmiyyət daşıyır. Son həftələr bütün səylərimizi buna yönəltmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Starmer vurğulayıb.

Baş nazir qeyd edib ki, Böyük Britaniyanın bölgədə minatəmizləyən gəmiləri mövcuddur. O, əməliyyat detalları barədə danışa bilməyəcəyini bildirsə də, hərbi imkanların əsas məqsədinin boğazın tam açılmasına yönəldiyini deyib. Onun sözlərinə görə, Britaniya müharibəyə qoşulmaq üçün təzyiqlərlə üzləşir, lakin yalnız aydın hüquqi əsas olduğu halda belə bir addım atıla bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
36
1
azertag.az

2Mənbələr