AZ

Netanyahu Vens ilə ABŞ-İran danışıqlarının nəticələrini müzakirə etdi

BAKI, 13 aprel. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin vitse-prezidenti J.D. Vens ilə İslamabadda keçirilən ABŞ-İran danışıqlarının nəticələrini telefonla müzakirə edib.

Teleqraf xəbər veror ki, bu barədə Netanyahunun özü məlumat verib.

"Dünən vitse-prezident J.D. Vance ilə danışdım. O, İslamabaddan qayıdarkən təyyarəsindən mənə zəng etdi. O, Vaşinqton administrasiyasının üzvlərinin gündəlik etdiyi kimi, danışıqların uğursuzluğu barədə mənə məlumat verdi", - deyə Netanyahu İsrail kabinetinin həftəlik iclasında bildirib.

Netanyahu danışıqların İran nümayəndə heyətinin mövqeyinə görə uğursuzluğa düçar olduğu bildirib: "Vens mənə Vaşinqtonun İrandan bütün zənginləşdirilmiş uranı təhvil verməsini və gələcəkdə İran ərazisində zənginləşdirmə fəaliyyətindən tamamilə imtina etməsini israrla tələb edib. Bu, ABŞ-nin əsas məqsədidir və əlbəttə ki, bu, bizim üçün də vacibdir".

Netanyahu həmçinin İsrail və ABŞ arasında İran məsələsində fikir ayrılığı iddialarını bir daha rədd edib: "Bizim fikir ayrılığımız olduğu fikri tamamilə yalandır. Tramp komandası ilə gündəlik söhbətlərimizdə iştirak edən hər kəs bunu görə bilər. Bu səviyyədə koordinasiya əvvəllər heç vaxt olnayıb".

Seçilən
15
1
teleqraf.com

3Mənbələr