Bakı, 13 aprel, AZƏRTAC
“YAŞAT” Fondu dəstək tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fond şəhid Fizuli Məmmədovun ailəsinə dəstək göstərib.
Bildirilib ki, şəhidin övladları - Fatimə və Zəhra fondun vəsaiti hesabına Gəncədə, Xəzər Universiteti Dünya Məktəbində təhsil alırlar.