AZ

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

“Ukraynanın Avropa İttifaqına sürətlə qəbul edilməsi planını dəstəkləmirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Macarıstanda keçirilən parlament seçkilərinin qalibi “Tisa” partiyasının rəhbəri Peter Madyar deyib. 

O qeyd edib ki, hazırda müharibə şəraitində olan bir ölkənin Avropa İttifaqına üzv qəbul edilməsi “tamamilə absurddur”.

Madyar Avropa İttifaqının Ukrayna üçün ayırmağı planlaşdırdığı 90 milyard avroluq kreditlə bağlı da fikirlərini bölüşüb:
 

“Macarıstanın baş naziri Viktor Orbanın qərarına əsasən, Macarıstan bu prosesdə Çexiya və Slovakiya ilə birlikdə maliyyə öhdəliyi götürməyəcək. Bu qərar dekabr ayında Brüsseldə qəbul edilib və onun yenidən müzakirəyə çıxarılmasının səbəbi aydın deyil”.


Qeyd edək ki, Macarıstanda keçirilən parlament seçkilərində sağ-liberal yönümlü “Tisa” partiyası qələbə qazanaraq konstitusion çoxluq əldə edib. Səslərin 98,74%-nin hesablanmasının nəticələrinə əsasən, partiya 199 yerlik parlamentdə 138 mandat qazanıb. Artıq hazırki Baş nazir Viktor Orban rəqiblərini qələbə münasibətilə təbrik edib.


Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr