AZ

Avropa Komissiyası xarici siyasətdə "veto" hüququnun ləğvinə çağırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanda müxalifətin seçki qələbəsindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin xarici siyasət qərarlarında ixtisaslı səs çoxluğu sisteminə keçməyi təklif edib.

Aprelin 13-də Brüsseldə verdiyi bəyanatda o, Orban hökumətinin keçmiş fəaliyyətindən dərs çıxarmağın vacibliyini vurğulayıb: "Bu keçid keçmişdə şahidi olduğumuz sistemli bloklamaların qarşısını almaq üçün mühüm addımdır. Biz yaranmış bu fürsətdən indi istifadə etməliyik."

Qeyd edək ki, Macarıstanın Ukrayna ilə bağlı təşəbbüslərə davamlı mane olması fonunda, Almaniya XİN rəhbəri Yohann Vadeful da bənzər mövqe nümayiş etdirərək səsvermə qaydalarının dəyişdirilməsini dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr