AZ

"Real" hazırda ötənmövsümkü qədər güclü deyil, amma..." - Tomas Müller

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Real Madrid"i səfərdə 2:1 hesabı ilə məğlub edən "Bayern Münhen"in sabiq yarımmüdafiəçisi Tomas Müller aprelin 15-də baş tutacaq cavab qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sport1.de" belə çatdırıb:

"Düzü, "Real" hazırda ötənmövsümkü qədər güclü deyil, amma heyətində yenə əla futbolçular var. "Bayern"in yarımfinala adlamaq şansı yüksəkdir. Öncə ikinci oyunda uğurlu nəticə qazanmaq lazımdır. Almaniya təmsilçisi bu mövsüm sabit təsir bağışlayıb. Bizim üçün sabitlik mütləqdir ki, "Real"la matçda hansısa uğursuz ötürmə, buraxılan qol komandanı sarsıtmasın".

Toğrul

Seçilən
21
fanat.az

1Mənbələr