AZ

Nazirin də başa düşə bilmədiyi məqam: Şagirdləri niyə bu qədər “sıxırlar”?

Son illər ölkədə dərs yükünün ağırlığı, eləcə də buraxılış və ali məktəblərə qəbul imtahanı zamanı tərtib olunan sualların çətinliyi aktual məsələlərdən biridir. 

Mütəxəssislər də qəbul imtahanlarında sualların hər il sanki daha da çətinləşdirildiyini, imtahan fənlərinin sayının çoxluğu ilə yanaşı, bəzi fənlərin ixtisasa uyğun olmadığını, ali məktəblərdə isə bunun əksinə, tədrisə o qədər də üstünlük verilmədiyini bildirirlər. 

Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib: 

"Səmimi olaraq, hələ də başa düşə bilmirəm ki, nəyə görə yaxşı hüquqşünas olmaq üçün tarixi riyaziyyatdan daha yaxşı bilmək lazımdır. İmtahan sualları ilə həyatdakı suallarar asındakı uyğunluğun axtarılması istiqamətində, yenə deyirəm Dövlət İmtahan Mərkəzi və Elm və Təhsul Nazirliyinin bəlkə də sonda olan funksiyasıdır, ondan əvvəl cəmiyyət bunu müzakirə etməlidir". 

Ali məktəblərə qəbul imtahanlarında fənlərin sayının azaldılması mümkündürmü? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ibtidai təhsildən ali təhsil müssisələrinə qədər qəbulda çox sayda imtahan var və Azərbaycan təhsili imtahanyönümlüdür desək, səhv etmərik: 

“Elm və təhsil nazirinin fikrində bir müsbət amil var. Kaş ki, bu, gələcəkdə tətbiqi mümkün olan bir istiqamət də alsın. Hüquqşünas yalnız tarix fənnini bilməklə kifayətlənməməlidir. Ümumiyyyətlə, ali təhsil müəssisələrinə qəbul qaydaları o qədər sadələşdirilməlidir ki, biz artıq tələbələrə ixtisası universitetlərdə formalaşdırmalıyıq. 

Yəni tələbəlik dövründə mütəxəssis kimi formalaşmalıdırlar. Təbii ki, ona qədər bütün biliklərdən müəyyən qədər məlumatlı olmalıdırlar. Ona görə həm hüquqşünasın, həm həkimin, həm digər sahə adamlarının hər biri əvvəlcədən müəyyən etməlidir ki, mənim potensialım nədir və mən hüquqşünas olsam özümü necə sübut edə bilərəm. 

Bütün bunlar üçün qəbulda qruplar üzrə deyil, ümumi bir imtahan olmalıdır. Təhsili inkişaf etmiş ölkələr var ki, onlar orta məktəb bazasından biliyin qiymətləndirilməsinə əsaslanır və ali təhsil müəssisələrində də qəbul onun nəticələrinə uyğun götürülür. 

Bizdə belə bir fikir var ki, bizim məktəblər hələ o qədər formalaşmayıb, inkişaf etməyib. Burada saxta, şişirdilmiş qiymətlərə yazıla bilər. Bütün hallarda bu keçid mütləq şəkildə olmalıdır. Biz gec-tez bu varianta getməliyik. 

Təbii ki, orta məktəb bazasında həkim tarixi, hüquqşünas riyaziyyatı bilməlidir və yaxud digər sahələrdən təsəvvürü olmalıdır. Artıq bunun üçün ali təhsil müəssisəsində qazanacağı bilik, bacarıq onu əmək bazarına hazırlayan səviyyədə olmalıdır”. 

O qeyd edib ki, ali təhsili müəssisəsindən məzun olan şəxs əmək bazarında özünü işlə təmin edə biləcək qədər güclü təhsil almalıdır: 

“Ancaq bizdə hazırda əksinədir, abituriyenti universitetə qəbul olana qədər “sıxırıq”, sonra ali təhsil müəssisəsində də bir o qədər diqqət etmirik. Nəticədə yaxşı kadrlar yetişdirə bilmirik”. 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr