AZ

Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq

Hörmüz boğazında uzun müddət davam edən gərginlik bazarda riskləri artırmağa davam edir.

Publika.az “Haber 7”yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, gündəlik 15 milyon barel axını pozularsa, ehtiyatlar 90 gün ərzində tükənə bilər və bu da neft qiymətlərinin 150 dollara çatma ehtimalını gücləndirir.

Enerji məsələləri üzrə ekspert Altuğ Karataş iddia edir ki, ABŞ-ın Hörmüz boğazında blokada prosesinə başlayacağını açıqlaması ilə böhran yeni mərhələyə qədəm qoyub:

“Bu, yalnız neft və təbii qaz böhranı deyil. Hörmüz boğazından keçən axın enerji, sənaye və müdafiə istehsalını qidalandıran əsas xəttdir. Körfəz bölgəsi kükürd, sulfat turşusu, alüminium və neft-kimya ara məhsulları, sursat istehsalından ağır sənayeyə qədər vacib sahələr üçün önəmlidir. Buna görə də Hörmüz boğazındakı hər hansı bir pozuntu, xüsusən də müdafiə sənayesinin dayanıqlılığına birbaşa təsir göstərir”.

Onun sözlərinə görə, böhranın ilk mərhələsində artım əsasən sığorta və logistika xərclərində hiss olunacaq.

Seçilən
29
publika.az

1Mənbələr