AZ

Azərbaycan ötən ay OPEC+ üzrə kvotadan 94 min barel geri qalıb

BAKI, 13 aprel. TELEQRAF

2026-ci ilin martında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 457 min barel səviyyəsində olub.

Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, fevral ilə müqayisədə hasilatın həcmində min barel azalma olub.

Məlumata görə, 2026-cı ilin birinci rübündə gündəlik neft hasilatı orta hesabla 457 min barel olub.

Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan ötən ay OPEC+ çərçivəsində kvotadan 94 min barel geridə qalıb.

Seçilən
13
teleqraf.com

1Mənbələr