Bakı. Trend:
İran ilə ABŞ arasındakı atəşkəs istənilən an pozula bilər.
Trend İsrailmediasına istinadən xəbər verir ki, bunu Baş nazir BinyaminNetanyahu bu gün keçirilən Nazirlər Kabinetinin iclası ərəfəsindəbildirib.
Netanyahu qeyd edib ki, Amerikalı vitse-prezident Cey Di VensPakistanda aparılan danışıqlarla bağlı onu məlumatlandırıb. Başnazir qeyd edib ki, amerikalılar İranın danışıqlara başlamaq üçünrazılaşmanı açıq şəkildə pozmasını qəbul edə bilməzdilər.
“Razılaşma belə idi ki, onlar atəşi dayandıracaq, iranlılar isədərhal Hörmüz boğazını açacaqdılar, lakin (Tehran) bunu etmədi.Amerikalılar bunu qəbul edə bilməzdi”,- Netanyahu bildirib.
Netanyahu Donald Trampın İranın dəniz limanlarının blokadasıideyasını dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.