AZ

Azərbaycan əhalisinin borc yükü artıb

Bakı. Trend:

Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikasımüşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamdaqalan gəlirlərdəki payı artmaqdadır. Belə ki əhalinin borc yükününsərəncamda qalan gəlirlərinə nisbəti 2024-cü ilin sonu iləmüqayisədə 2025-ci ilin eyni dövründə 0.4 faiz bəndi artaraq 18.4%olub.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edilib ki, ipoteka portfeli üzrə qeyri-işlək kredit (QİK)əmsalı son illərin ən aşağı həddindədir.

“2025-ci ilin sonuna ipoteka portfeli üzrə QİK-in nominal həcmi14.3% (4.9 mln. manat) azalaraq 29.1 mln. manat təşkil etmişdir.İpoteka portfelində cari il ərzində qeyriişlək kreditlərin payı 0.2f.b. azalaraq 0.6% səviyyəsinə enmişdir. Dövlət vəsaiti hesabınaverilmiş ipoteka kreditlərinin QİK əmsalı 0.1%, bankların özvəsaitləri hesabına verilmiş ipoteka kreditləriin QİK əmsalı 1.3%olmuşdur”, - məlumatda vurğulanıb.

Əlavə edək ki, əhalinin borc yükü dedikdə fiziki şəxslərinkredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipotekakreditlərinin qalıq məbləğinin cəmi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
10
2
az.trend.az

3Mənbələr