Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də AzərbaycanRespublikası Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi patentmüvəkkilliyinə namizədlərin attestasiyasının birinci – testimtahanı mərhələsini keçirmişdir. İmtahan DİM-in elektronimtahanlar korpusunda təşkil olunub.
Trend bu barədə ƏqliMülkiyyət Agentliyinə istinadən xəbər verir.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılanvaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.Nəticələrlə DİM-in saytında tanış olmaq mümkündür.
İmtahanın müddəti 3 saat olub və namizədlərə 100 test tapşırığıtəqdim edilib. Hər doğru cavablandırılmış test tapşırığı 1 ballaqiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsirgöstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-əbərabərdir.
İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirakedib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraqnövbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi ƏqliMülkiyyət Agentliyində yaradılmış Komissiya tərəfindənaparılacaq.
Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasıaprelin 13–15-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində(Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyətgöstərəcək.