Macarıstanda parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri, ölkənin gələcək baş naziri Peter Madyar Rusiya ilə münasibətlərə dair açıqlama verib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
O bildirib ki, Macarıstan Rusiya ilə praqmatik əməkdaşlığa hazırdır. Siyasətçi qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı Rusiya və Çin tərəfindən səsləndirilən mövqeləri yüksək qiymətləndirir.
“Bütün təbriklərə görə təşəkkür edirəm. Görürəm ki, Moskva və Pekin də münasibət bildirib. Macar seçicilərinin qərarına hörmətlə yanaşdıqlarına və praqmatik əməkdaşlığa açıq olduqlarına görə minnətdaram”, – deyə o vurğulayıb.
NURİYYƏ