AZ

Dağıstanda daşqınlar: 500 ev su altında qaldı

Dağıstanda daşqınlar səbəbindən 500-dən çox insan müvəqqəti yaşayış məntəqələrində qalır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Dağıstan Respublikasının yeddi yaşayış məntəqəsində 500-dən çox ev su altında qalıb. 182 uşaq da daxil olmaqla, 544 nəfər müvəqqəti yaşayış məntəqələrində yaşayır.

Çeçenistan Respublikasında isə su basmış ərazilər və ya obyektlər yoxdur”, – məlumatda bildirilib.

Nazirliyin məlumata görə, hazırda Dağıstanda quyuların dezinfeksiyasına başlanılıb:

“11 apreldən etibarən Dərbənd rayonunda Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzindən 100 xilasedici və 30 ədəd texnika işləyir. Xasavyurt rayonunda Fövqəladə Hallar Nazirliyinin Tula Xilasetmə Mərkəzindən daha 100 mütəxəssis və 28 ədəd texnikanın gəlişi gözlənilir. İndi əsas məqsədimiz əhaliyə hərtərəfli dəstək göstərməkdir”.

Qeyd edək ki, aprelin əvvəllərindən başlayaraq, Dağıstan respublikasının müxtəlif yerlərində daşqınlar baş verib. Dağıstan hökuməti Mahaçqala, Xasavyurt, Buynaksk, Kaspiysk və bölgənin bir neçə rayonunda fövqəladə vəziyyət elan edib.

Seçilən
11
2
konkret.az

3Mənbələr