AZ

Netanyahu qərarını dəyişdi, Trampı hədəf göstərdi – İsrail müharibədə tək qalır?

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın tərksilah edilməsi məsələsində ölkəsinin kənar dəstəyə arxalanmayacağını bildirib. Netanyahu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı koalisiya formalaşdırmaq cəhdinin uğursuz olmasına əsasən bu qənaətə gəldiyini söyləyib.

İsrailin baş nazirinin ABŞ-la bağlı bu açıqlaması Vaşinqton-Təl-Əviv münasibətləri fonunda diqqət çəkib.

ABŞ mümkün ssenaridə müxtəlif səbəblərlə münaqişədən geri çəkilə və İsrail "müharibə səhnəsi"ndə tək qala bilərmi?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Netanyahunun səsləndirdiyi fikir, əslində təkcə HƏMAS məsələsi ilə bağlı deyil:

"Bu, həm də o deməkdir ki, İsrail artıq təhlükəsizlik məsələlərində əvvəlki kimi geniş beynəlxalq hərbi dəstəyə arxalana bilmir. Ona görə də öz gücünə daha çox bel bağlamalıdır.

ABŞ-ın müharibədən çıxması məsələsinə gəldikdə isə, burada "çıxmaq" anlayışını düzgün anlamaq vacibdir. ABŞ adətən belə münaqişələrdə birdən-birə tam geri çəkilmir. Əksinə, rolunu dəyişir: birbaşa hərbi iştirakdan daha çox dolayı dəstəyə keçir. Yəni Donald Trump administrasiyasının yanaşmasına baxdıqda görmək olur ki, Vaşinqton artıq böyük koalisiyalar qurmaqda çətinlik çəkir və bu səbəbdən regional müttəfiqlərin - hazırda İsrailin - daha çox məsuliyyət daşımasını istəyir.

Bu vəziyyətin əsas səbəblərindən biri ABŞ-ın eyni anda bir neçə strateji istiqamətdə yüklənməsidir. Ukrayna müharibəsi, Çinlə rəqabət və İranla gərginlik Vaşinqtonun resurslarını bölür. Belə bir şəraitdə ABŞ üçün Yaxın Şərqdə uzunmüddətli və genişmiqyaslı hərbi iştirak həm siyasi, həm də iqtisadi baxımdan çətinləşir. Üstəlik, Avropa ölkələrinin də bu cür münaqişələrdə aktiv hərbi iştirakdan yayınması ABŞ-ı daha ehtiyatlı davranmağa məcbur edir.

Bu, İsrailin tamamilə tək qalacağı mənasına gəlmir. ABŞ-ın İsrailə münasibəti strateji müttəfiqlik səviyyəsindədir və asanlıqla dəyişən bir faktor deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
1
olaylar.az

2Mənbələr