AZ

"Baku Sportinq" üzərində qələbə qazansaq..." - "Şəfa"nın baş məşqçisi

1-ci Liqanın 22-ci turunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Baku Sportinq" lider "Şəfa"nı qəbul edəcək. Çempionluğa addım-addım yaxınlaşan "Şəfa"nın baş məşçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı oyun barədə nə düşündüyünü soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Baku Sportinq" intizamlı komandadır. Rəqib öz meydanında daha inamlı oyun nümayiş etdirir. Stadionun vəziyyətini nəzərə alsaq, əzmkarlıq ön plana çıxacaq. Komanda olaraq bu məqamın fərqindəyik. 

Əlbəttə, "Baku Sportinq"in də çempion olmaq şansı var. Son matçda "Səbail"ə qarşı sərgilədiyimiz uğurlu oyunu bu görüşdə də ortaya qoymağa çalışacağıq. "Baku Sportinq" üzərində qələbə qazansaq, çempionluq yolunda böyük addım atacağıq. Futbolçularımıza inanıram. Qələbə qazanaraq xal fərqini artırmağa çalışacağıq".

"Baku Sportinq" - "Şəfa" matçı aprelin 16-da Buzovna qəsəbə stadionunda baş tutacaq. Matçın start fiti 16:00-da səsləndiriləcək.

Toğrul

Seçilən
0
fanat.az

1Mənbələr