AZ

Netanyahu: İsrail İran limanlarının blokadası təşəbbüsünü dəstəkləyir

İran və ABŞ arasında atəşkəs rejimi "istənilən anda pozula bilər".

Aznews.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bəyan edib.

Onun sözlərinə görə, İsrail ABŞ Prezidenti Donald Trampın İran limanlarına dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyir.

"İran Pakistandakı sülh danışıqlarının şərtlərini pozdu, Prezident Tramp hərbi-dəniz blokadası tətbiq etmək qərarına gəldi", - Netanyahu bildirib.

O, həmçinin iki ölkənin "daimi koordinasiya"da olduğunu söyləyib. Netanyahu ABŞ ilə İsrail arasında siyasi fikir ayrılıqlarının yarandığına dair şayiələri də təkzib edib.

"Aramızda fikir ayrılıqları olduğuna dair iddialar tamamilə həqiqətə uyğun gəlmir. Əksinə, ABŞ Prezidenti və onun komandası ilə gündəlik əlaqələrimizdə iştirak edən hər kəs bunu təsdiq edə bilər. Belə bir koordinasiya səviyyəsi əvvəllər heç vaxt olmayıb", - o deyib.

Seçilən
12
3
aznews.az

5Mənbələr