Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Paytaxtın Heydər Əliyev prospektində təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az-a daxil olan məlumata görə, prospektin Bağırov körpüsünün altından keçən hissəsində yolun asfalt örtüyü dağılıb. İzləyicilərdən birinin “Instagram” vasitəsilə göndərdiyi görüntülərdən aydın olur ki, ərazidə dərin çuxur əmələ gəlib.
Nəticədə həmin hissədən keçən sürücülər ciddi maddi ziyanla üzləşirlər. Belə ki, videonu qeydə alan sürücünün avtomobilinin təkəri yararsız hala düşüb, diski isə əyilib. Zərərçəkmişin sözlərinə görə, eyni problem daha dörd sürücünün də başına gəlib və onlar da yolun ortasında qalaraq hərəkəti davam etdirə bilməyiblər.
Sürücülər qeyd olunan problemin qısa müddətdə aradan qaldırılmasını və yolun təhlükəsiz vəziyyətə gətirilməsini tələb edirlər.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.