ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İsrail ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmək planını dəstəkləyir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Baş nazirin sözlərinə görə, hərbi əməliyyatlar fasiləsiz davam edir və ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə atdığı addım İsrail tərəfindən müsbət qarşılanır.
O qeyd edib ki, Vaşinqtonla sıx koordinasiya saxlanılır:
“Yaxın zamanda ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens ilə də əlaqə saxlamışam. Qarşı tərəf əsas prioritetin İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması və bu prosesin tam dayandırılması olduğunu vurğulayıb”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.