AZ

İrana qarşı BU SAATLARDA blokada BAŞLANIR, Netanyahudan TƏCİLİ açıqlama – TV Musavat

Bu gün saat 18:00: ABŞ Hörmüz boğazında blokadaya başlayır. “Reuters” agentliyinin yaydığı məlumata görə, ABŞ hərbi qüvvələri İranla bağlı dəniz blokadası əməliyyatına bu gün – 13 aprel tarixində start verir.

ABŞ Mərkəzi Komandanlığının açıqlamasına əsasən, əməliyyat Bakı vaxtı ilə təxminən saat 18:00-a (10:00 ET / 14:00 GMT) uyğun gələn vaxtda qüvvəyə minir və İran limanlarına daxil olan və ya oradan çıxan bütün dəniz nəqliyyatına tətbiq olunacaq.

“İsrail ABŞ-nin İrana qarşı dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyir”. İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Döyüşlər fasiləsiz davam edir. Prezident Trampın İrana dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyirik. ABŞ ilə daim koordinasiyadayıq. Dünən vitse-prezident Venslə də danışmışam, bildirdi ki, əsas məsələ bütün zənginləşdirilmiş uranın İrandan çıxarılması və zənginləşdirmə prosesinin tamamilə dayandırılmasıdır”, - Baş nazir vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Seçilən
16
musavat.com

1Mənbələr