Maliyyə Nazirliyində yeni kadr təyinatı olub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nəsimi Zakir oğlu İsmayılov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.
Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumatı saytmıza təsdiqləyiblər.
Qeyd edək ki, Nəsimi İsmayılov bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi məsələlər üzrə prorektoru vəzifəsində çalışıb.
Nazim Hacıyev
Telegram kanalımız