AZ

15 günə real razılaşma gözləmək doğru deyil - Hakan Fidan

Əgər ABŞ və İran razılığa gələrsə, atəşkəs müddəti daha 45–60 gün uzadıla bilər.

Ölkə.Az-ın "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

"Hazırda müzakirə olunan əsas mövzulara nəzər salsaq, texniki baxımdan onların 15 gün ərzində tam razılaşdırılacağını və hərtərəfli müqavilə şəklində imzalanacağını gözləmək real deyil.

Əgər tərəflər yaxşı irəliləyiş əldə etsələr, danışıqların davam etdirilməsi və problemlərin bu müddət ərzində həll olunması üçün gündəliyə əlavə atəşkəs dövrü — bəlkə 45, hətta 60 gün — daxil edilə bilər", — deyə agentlik nazirin sözlərini sitat gətirib.

Seçilən
16
olke.az

1Mənbələr