Türkiyə çempionu “Qalatasaray” müdafiəni gücləndirmək üçün transfer axtarışını davam etdirir.
İdmanxeber.az xəbər verir ki, İstanbul klubu “Real Madrid”in gənc müdafiəçisi Raul Asensio ilə maraqlanır.
22 yaşlı ispaniyalı əsas heyətdə az şans qazandığı üçün ayrılığa açıqdır. “Qalatasaray”ın futbolçunu satınalma şərti ilə icarəyə götürmək istədiyi bildirilir.