AZ

“Rheinmetall” və “Destinus” raket sistemlərinin istehsalı üzrə birgə müəssisə yaradır

Berlin, 13 aprel, AZƏRTAC

Almaniyanın “Rheinmetall” konserni və Niderlandda fəaliyyət göstərən “Destinus” müdafiə sənayesi şirkəti raket sistemlərinin istehsalı üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, “Rheinmetall Destinus Strike Systems” adlanacaq yeni qurumun bu ilin ikinci yarısında fəaliyyətə başlaması planlaşdırılır. Səhmlərinin 51 faizi “Rheinmetall”a, 49 faizi isə “Destinus”a məxsus olacaq birgə müəssisədə ən müasir raket sistemlərinin istehsalı, sınaqdan keçirilməsi və çatdırılması həyata keçiriləcək. Müəssisə Avropada geniş beynəlxalq bazarı, eləcə də NATO daxilində müəyyən tərəfdaş ölkələri hədəf alacaq.

Bu təşəbbüs müasir müharibədə daha geniş dəyişikliyi əks etdirir, uzunmənzilli hücum imkanları əsasən dron əsaslı yanaşmalardan daha sürətli, davamlı və sənayemiqyaslı raket sistemlərinə doğru inkişaf edir. “Rheinmetall” və “Destinus” bu müəssisəni yaratmaqla Avropanın və Ukraynanın ehtiyacı ilə Avropanın müdafiə sənayesinin imkanları arasındakı boşluğu aradan qaldırmaq məqsədi güdür.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
12
1
azertag.az

2Mənbələr