Rusiyada Telegram-ın bloklanması fonunda Asiya mənşəli mesajlaşma tətbiqlərinə maraq kəskin artıb.
Day.Az-ın MTS AdTech-ə istinadən yaydığı məlumatına görə, mart ayında BiP istifadəçilərinin sayı 105% artaraq 1,68 milyona, KakaoTalk 82% artaraq 436 minə, WeChat isə 15% artaraq 1,15 milyona çatıb.
Bununla yanaşı, Telegram-ın qeyri-rəsmi müştərisi Telega ən böyük sıçrayışı göstərərək auditoriyasını 160% artırıb və 7,5 milyon istifadəçiyə yüksəlib. Lakin tətbiqin App Store-dan silinməsi və Telegram-ın üçüncü tərəf müştərilərinə qarşı tədbirləri səbəbindən istifadəçi itkiləri gözlənilir. Buna baxmayaraq, Telegram ümumilikdə 102 milyon aylıq istifadəçi ilə bazarda lider mövqeyini qoruyub saxlayıb.