AZ

London Trampın İran limanlarını blokadaya almasını dəstəkləməyəcək

Böyük Britaniya hökuməti ABŞ prezidenti Donald Trampın elan etdiyi İran dəniz limanlarının blokadasını dəstəkləmir.

Herbiand.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer BBC Radiosuna bildirib.

O, Hörmüz boğazından gəmilərin keçidinin bərpasının son dərəcə vacib olduğunu və Britaniya hökumətinin bütün diplomatik, siyasi və hərbi tədbirlərinin bu məqsədə çatmağa yönəldiyini vurğulayıb. Starmer həmçinin əməliyyat detallarına girmədən Britaniya Ordusunun boğazdakı minaları təmizləmək qabiliyyətini də vurğulayıb.

Starmerin sözlərinə görə, Böyük Britaniya İrana qarşı müharibəyə girmək üçün təzyiq altındadır, lakin hərbi əməliyyat üçün "aydın hüquqi əsas" və "aydın, yaxşı düşünülmüş bir plan" olmadan bunu etməyəcək.

Seçilən
20
herbiand.az

1Mənbələr