AZ

Əfsanə bu klubun sahibi olacaq

İngiltərə millisinin və "Çelsi"nin sabiq kapitanı Con Terri "Kolçester Yunayted" klubunun sahibi olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mənbənin yazdığına görə, 45 yaşlı əfsanə klubu 14 milyon funt sterlinqə almağı planlaşdıran konsorsiumun tərkibinə daxil olacaq.

“Kolçester Yunayted” İngiltərə futbolunun dördüncü divizionu olan İkinci Liqada çıxış edir. Komanda 42 turdan sonra 60 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Seçilən
12
publika.az

1Mənbələr