Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.
Gununsesi.info xəbər verir ki, Anar Sahib oğlu Ələkbərov 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə isə adıçəkilən ali təhsil müəssisəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Anar Ələkbərov sosial şəbəkə hesabında komandasında çalışan insanlarla fotosunu paylaşaraq onu təbrik edənlərə təşəkkürünü bildirib:
“Əziz və doğma kollektivim, sizə səmimi dostluq və yoldaşlığa görə dərin təşəkkürümü bildirirəm! Hər biriniz unikalsınız və ən yüksək qiymətə layiqsiniz. Sizin zəhmətsevərliyiniz, dəstəyiniz və peşəkar münasibətiniz mənim üçün çox dəyərlidir”.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.