AZ

Hakan Fidan rəsmən açıqladı: İsrail İrandan sonra Türkiyəyə hücum edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin "düşmən olmadan mövcud ola bilməyəcəyini" və İrandan sonra qarşıdurma üçün yeni bir hədəf axtaracağını bildirib.

Publika.az xəbər verir ki, Fidanın sözlərinə görə, ərazini genişləndirmək istəyi həmişə İsrailin məqsədlərindən biri olub.

Fidan qeyd edib ki, İsraildə Türkiyəni yeni bir düşmən kimi təqdim etməyə çalışan ritorika inkişaf edir. Bu cür açıqlamalar təkcə Baş nazir Benyamin Netanyahu tərəfindən deyil, həm də İsrail müxalifətinin bir neçə üzvü tərəfindən verilir.

Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, əslində İsrail təhlükəsizlik yox, daha çox ərazi axtarır. Fidan qeyd edib ki, İsrail bu ekspansionizmi təhlükəsizlik ehtiyacı kimi təqdim edir.

Seçilən
2
7
publika.az

8Mənbələr