Siyasi fırtına yenidən qızışır - Netanyahu məhkəməsi həlledici mərhələdə
İsraildə baş nazir Benyamin Netanyahu ətrafında illərdir davam edən korrupsiya işi yenidən aktiv mərhələyə daxil olur. Regional gərginliklər səbəbindən fasilələrlə davam edən məhkəmə iclaslarının bərpası prosesin artıq son mərhələyə yaxınlaşdığı kimi qiymətləndirilir.
2020-ci ildən davam edən bu iş çərçivəsində Netanyahu üç əsas epizod – “1000”, “2000” və “4000” işləri üzrə ittiham olunur. İddialar bahalı hədiyyələrin qəbulu, media ilə gizli razılaşmalar və böyük biznes maraqları müqabilində siyasi qərarların təsiri kimi ciddi korrupsiya elementlərini əhatə edir.
Məsələ təkcə hüquqi çərçivədə qalmır. Prezident İsaak Hersoq tərəfindən səsləndirilən mümkün əfv siqnalları və ABŞ prezidenti Donald Tramp tərəfindən bu ideyaya açıq dəstək verilməsi ölkədə mübahisələri daha da dərinləşdirib. Müxalifət bunu məhkəmə prosesinə siyasi təsir kimi qiymətləndirir.
Artıq “Netanyahu işi” sadəcə məhkəmə zalının deyil, İsrail cəmiyyətinin və siyasətinin əsas müzakirə mövzusuna çevrilib və ölkənin gələcək siyasi istiqamətinə təsir edə biləcək həlledici proses kimi qiymətləndirilir.
aia.az
Tərcümə şöbəsi