AZ

Peter Magyardan Rusiya açıqlaması: "Danışıqlara getmək lazım olacaq"

Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyar ölkəsinin Rusiya və Vladimir Putinlə münasibətlərini necə qurmağı planlaşdırdığını açıqlayıb. 

HİT.az xəbər verir ki, o, Rusiyadan enerji asılılığını inkar etməyib və Budapeştin Moskva ilə danışıqlara getməli olacağını bildirib.

"Əgər şərait tələb edərsə, Rusiya prezidenti ilə danışıqlar masasına oturmaq lazım olacaq. Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişəcək. Enerji asılılığımız da bir müddət qalacaq. Diversifikasiyanı gücləndirmək lazımdır, amma bu, bir günə baş vermir", deyə Peter Magyar bildirib.

Eyni zamanda o vurğulayıb ki, danışıqların zəruriliyinə baxmayaraq "biz dost olmayacağıq" deyib.

Magyar həmçinin qeyd edib ki, ölkədə heç kim proukrayna hökuməti istəmir, hamı promacarıstan hökuməti istəyir: "Macar xalqının real problemləri ilə məşğul olan hökumətin olması pis olmazdı".

Samir
 

Seçilən
23
hit.az

1Mənbələr