
“Macarıstan xalqı öz seçimini edib və Rusiya buna hörmətlə yanaşır”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Macarıstanın yeni rəhbərliyi ilə çalışmağa hazırıq. Macarıstanın yeni rəhbərliyinin hansı addımlar atacağını gözləmək lazımdır”, - deyə siyasətçi vurğulayıb.
Peskov həmçinin qeyd edib ki, Macarıstandakı seçkilər Rusiya–Ukrayna münaqişəsinə təsir göstərməyəcək.
Daşqın HəsənovMissiya.Az