AZ

İranla atəşkəs hər an bitə bilər - Netanyahu

BAKI,TurkicWorld

İsrailin Baş naziri Benyamin Netanyahu İranla əldə olunmuş atəşkəs razılaşmasının kövrəkliyi barədə hökumət üzvlərinə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, İsrailin "Walla" xəbər portalının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, Baş nazir bu bəyanatı Nazirlər Kabinetinin qapalı iclası zamanı səsləndirib.

Netanyahu hökumət üzvləri ilə keçirdiyi görüşdə regional təhlükəsizlik və İranla mövcud hərbi vəziyyəti təhlil edərək "İranla əldə olunmuş atəşkəs hər an tərsinə dönə və qısa zamanda sona çata bilər."-deyib.

Bu bəyanat, regionda gərginliyin hələ də yüksək olduğu və tərəflər arasında hərbi hazırlığın davam etdiyi bir vaxtda verilib. Baş nazirin sözləri İsrailin hər hansı bir ssenariyə, o cümlədən hərbi əməliyyatların bərpasına tam hazır olduğunun göstəricisi kimi qiymətləndirilir.

Seçilən
4
turkic.world

1Mənbələr