AZ

Ədəbiyyat İnstitutunun əməkdaşının kitabıTürkiyədə çap olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 13 aprel, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ramazan Seydaoğlunun (Karataş) rəhbərlik etdiyi “Liz yayınları”nda nəşr olunan kitabdakı şeirlər Azərbaycan dilindədir. Şeirlər toplusunun üz qabığındakı rəsm əsəri rəssam Nəvai Metinə məxsusdur.

Bu, müəllifin dördüncü şeirlər toplusudur. Daha əvvəl müəllifin “Mən sehrli səmayam” (2001), “İçimdəki söhbətlər” (2011) və “Gül” (2016) kitabları oxuculara təqdim olunub.

Lirik şeirlərdən ibarət olan kitabda Gülnar Səmanın əsasən son illərdə yazdığı əsərlər yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
143
azertag.az

1Mənbələr